Ağdam rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalıqlarının cənub-qərbində yerləşir. Sahəsi 1150 km2, əhalisi 178,4 min nəfər (1 yanvar, 2023-cü il). Mərkəzi Ağdam şəhəridir. Ağdam şəhəri və rayonun əksər hissəsi 23 iyul 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri iğaldan azad olunmuşdur.
Rayona Ağdam şəhəri, Quzanlı qəsəbəsi, 17 yeni salınmış qəsəbə (Quzanlı, Ayaq Qərvənd, Xındırıstan, Ergi, Alıbəyli-1, Alıbəyli-2, Bənövşələr-390, Bənövşələr-70, Səfərli, Baharlı, Dörd yol-1, Dörd yol-2, Təzəkənd, Qasımbəyli, İmamqulubəyli, Quzanlı-1, Quzanlı-689) və Şotlanlı, Şurabad, Umudlu, Qasımlı, Qurdlar, Şelli, Poladlı, Şıxbabalı, Muğanlı, Papravənd, Qarapirimli, Qullar, Qaradağlı, Gülablı, Abdal, Novruzlu, Kəngərli, Şirvanlı, Qaraqaşlı, Yusifcanlı, Göytəpə, Cəvahirli, Kosalar, Abdunlu, Sırxəvənd, Qaraşlar, Bəşirlər, Məlikli, Baş Güneypəyə, Yeni Qaralar, Xatınbəyli, Sarıcalı, Dadaşlı, Həsənxanlı, Kökəltmə Birliyi, Qazancı, Açarlı, Qarazeynallı, Orta Güneypəyə, Ballıqaya, Quzanlı, İmamqulubəyli, Çullu, Eyvazlı, Üçoğlan, Alıbəyli, Kiçikli, Ballar, Baharlı, Ortaqışlaq, Böyükbəyli, Qaradağlı, Rzalar, Evoğlu, Zəngişalı, Mahrızlı, Əfətli, Hacıməmmədli, İsalar, Küdürlü, Hacıturanlı, Qəhrəmanbəyli, Məmmədbağırlı, Çəmənli, Şükürağalı, Xındırıstan, Sarıçoban, Paşabəyli, Baharlı, Bəybabalar, Baş Qərvənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Mirəşəlli, Kolqışlaq, Yusifli, Kəlbəhüseyinli, Birinciyüzbaşılı, İkinciyüzbaşılı, Seyidli, Sarıhacılı, Bozpapaqlar, Qiyaslı, Keştazlı, Ətyeməzli, Əlimədədli, Əliağalı, Qalayçılar, Xaçındərbətli, Mollalar, Kürdlər, Cinli, Maqsudlu, Eyvazxanbəyli, Şişpapaqlar, Tərnöyüt, Talışlar, Çullu, Təpəməhlə, Şahbulaq, Tükəzbanlı, Salahsəmədlər, Xıdırlı, Əhmədavar, Çuxurməhlə, Güllücə, İlxıçılar, Suma, Tağıbəyli, Boyəhmədli, Qızıllı Kəngərli, Salahlı Kəngərli, Sofulu, Bağbanlar, Saybalı, İsmayılbəyli, Pirzadlı, Muğanlı, Şıxlar, Nəmirli, Təzəkənd, Məlikli və Mərzili kəndləri daxildir.
Rayonun relyefi, əsasən, düzənlik, qismən dağlıqdır. İşğaldan əvvəlki dövrdə Ağdam rayonunda taxılçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir.
İşğaldan əvvəl rayonda 148 ümumtəhsil məktəbi, orta ixtisas musiqi məktəbi, 24 klub, Dram Teatrı, Muğam məktəbi, Çörək muzeyi, Şəkil Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, Qurban Pirimovun ev-muzeyi, 69 səhiyyə müəssisəsi fəaliyyət göstərmişdir.
Ağdam Cümə məscidi
Məscid memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilmişdir. Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayı Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılmışdır.
Memar Kərbəlayı Səfixan Qarabaği orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq-inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaratmışdır.
1993-cü ilin iyul ayında Ağdamın ermənilər tərəfindən işğalı zamanı Cümə məscidi də digər tikililər kimi dağıdılmışdır. 2024-cü il aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olmuşdur.
Ağdam Çörək muzeyi
1983-cü il noyabr ayında fəaliyyətə başlayan Ağdam Çörək muzeyi dünyada ikinci, SSRİ-də isə birinci və yeganə çörək muzeyi idi. Bu muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər mövcud olub.
Muzeyin özünün çox maraqlı tarixçəsi var. Belə ki, şəhərin tam mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirman olub. Müharibənin ağır illərində bu dəyirman Ağdamın yeganə çörək təknəsinə çevrildiyindən ora müqəddəs bir məkan kimi baxır, ona toxunmağı yolverilməz hesab edirdilər. Sonradan bu dəyirmanın Çörək muzeyi kimi fəaliyyət göstərməsi ideyasını hamı bəyəndi. Məşhur seleksiyaçı alim, akademik İmam Mustafayev muzeyin eksponatlarını şəxsi taxıl kolleksiyası hesabına zənginləşdirmişdir. Yüzə qədər xalqın çörək nümunələri əldə edilmişdi. Leninqrad blokadasının iştirakçısı olmuş bir rus qadını muzeyin sorağını eşidəndə ölüm həddində belə yeməyib saxladığı, kömürləşmiş yüz əlli qramlıq çörək payını gətirib muzeyə vermişdi. Kosmonavt şəhərciyindən çörək nümunələri göndərilmişdi. Muzeyə qısa müddətdə iki minə yaxın taxıl nümunəsi toplanmışdı.
1992-ci il avqust ayının 12-də ermənilərin atdığı “Qrad” mərmisi Ağdam Çörək muzeyinin binasını dağıtmışdır.
Çay evi
Ağdam şəhərində «Çay evi»nin açılış mərasimi 1986-cı ilin iyulun 26-da keçirilmişdir. Layihənin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov idi. Ağdam işğal edilən zaman Çay evi tamamilə dağıdılmışdır.
İmarət qəbiristanlığı
XVIII - XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Türbələrin önündə həmçinin, Xurşidbanu Natəvanın büstü qoyulmuşdur.
Qutlu Musa türbəsi
Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünə aid xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında «Sarı Musa türbəsi» adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşası 15 iyul 1314-cü ildə tamamlanmışdır. Görünür, Azərbaycanın o dövrdəki Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşmış, həmin ərazidə mövcud olan kənd Xaçın Türbətli adlandırılmışdır. Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aran memarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur. Qutlu Xacə Musa oğlu türbəsinin alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var.
1993-cü ildə Ağdamın işğalından sonra ermənilər türbədəki divar rəsmlərini və divar daşları üzərindəki yazıları pozub yerinə kiçik xaç şəkilləri və erməni yazıları həkk ediblər.
Pənahəli xanın imarəti
Pənahəli xan imarəti adı ilə tanınan abidə Ağdam şəhəri yaxınlığında olub, dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan — Nadir şahın xidmətindən uzaqlaşıb Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. İmarətin bir-birinə perpendikulyar şəkildə inşa edilmiş binaları dəbdəbəli xan iqamətgahı olmayıb, XVIII əsrin Qarabağ bölgəsi zənginlərinin yaşayış evləri kimidir. Bu evlər baş fasadları ilə həyətə açılırmış.
İmarətin nisbətən böyük ölçülü əsas binası planda bir qədər mürəkkəb konfiqurasiyalı olub, müxtəlif ölçülü otaqlardan ibarətdir. Bu birmərtəbəli evdə eyvanlı salon mərkəzi mövqe tutur.
Eyvanlı salona yanlardan sərbəst girişləri olan iki otaqdan ibarət həcmlər birləşmişdir. Otaqlar tağbəndlə örtülüdür.
XVIII əsrin maraqlı yaşayış evi olan bu binanın uzunluğu 16 metri keçən baş fasadı Azərbaycan yaşayış evləri ənənəsinə uyğun cənuba yönəlmişdir.
İmarətin ikinci binası planda uzunsov düzbucaq formada olub, iki otaqdan ibarətdir. Giriş qapısı və pəncərələri həyətə — şərqə yönəlmiş bu otaqlar da daş memarlığına xas olan tağbəndlərlə örtülüdür.
Şahbulaq sarayı
Şahbulaq saray kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Qarabağ xanlarının yay iqamətgahlarından biri olan saray kompleksi 1751-1752-ci illərdə inşa edilmişdir. Kompleksin mühafizə divarları yaxınlığında Xan sarayı yerləşirdi. Düzbucaqlı formada tikilən kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Şahbulaq saray kompleksinin yaxınlığında kiçik ibadət zalından və küləfirəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilmişdi.
Şahbulaq saray kompleksi 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra kompleksin daxilindəki məscid, hamam, Xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdılmışdır. Yalnız kompleksin mühafizə divarları qalmışdır.
2006-cı ildə Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Şahbulaq yaylağına ezam edildikdən sonra erməni alimləri orada aparılan qazıntıların nəticəsi olaraq iddia etdilər ki, guya “qədim erməni dövlətinin paytaxtlarından” biri olan Tiqranakert elə Şahbulaq yaylağında “gizlənibmiş”. Həmin vaxta qədər erməni alimləri birmənalı olaraq bəyan edirdilər ki, Tiqranakert şəhərinin qalıqları Türkiyə ərazisində Diyarbəkir şəhərinin yaxınlığındadır.
Deməli, ermənilərin “qədim paytaxtları” da gizlicə sürüşə-sürüşə gəlib Şahbulaq yaylağına çıxıbmış.
Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri
MEMARLIQ ABİDƏLƏRİ
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Məscid |
1868-cı il |
Ağdam şəhəri, M. F. Axundov küçəsi |
Məbəd |
VI-VIII əsrlər |
Şahbulaq kəndi |
Məbəd |
VI əsr |
Kəngərli kəndi |
ARXEOLOJİ ABİDƏLƏR
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Çıraqtəpə yaşayış yeri |
tunc dövrü |
Ağdam şəhəri |
Qarahacı yaşayış yeri |
İlk tunc dövrü |
Ağdam şəhəri |
Qarahacı nekropolu |
tunc dövrü |
Ağdam şəhəri |
Vəlixantəpə yaşayış yeri |
Eneolit |
Ağdam-Ağcabədi yolunun 1,5 km-də |
Kurqan |
tunc dövrü |
Novruzlu kəndi |
İlanlı təpə yaşayış yeri |
eneolit-dəmir dövrü |
Baş Qərvənd kəndi |
Yaşayış yeri |
Antik dövrü |
Qərvənd kəndi |
Kurqan çölü |
e.ə. II-I minilliklər |
Boyəhmədli kəndi |
Boyəhmədli kurqanları (80-ə qədər) |
ilk tunc dövrü |
Boyəhmədli və Kəngərli kəndlərinin arasında |
Gavurqala yaşayış yeri |
ilk orta əsrlər |
Boyəhmədli kəndinin cənubunda |
Daş qutu nekropolu |
ilk orta əsrlər |
Boyəhmədli kəndi |
Papravənd-Boyəhmədli |
tunc və dəmir dövrü |
Boyəhmədli kəndi |
Qarapirim təpələri |
tunc və ilk dəmir dövrü |
Qarapirim kəndi |
Güllütəpə—1 yaşayış yeri |
III-XIII əsrlər |
Papravənd kəndi |
Güllütəpə-2 yaşayış yeri |
son tunc dövrü |
Papravənd kəndinin cənub-şərqində |
Misir qışlağı yaşayış yeri |
son tunc-ilk dəmir dövrü |
Papravənd kəndi |
Kurqanlar |
son tunc-ilk dəmir dövrü |
Papravənd kəndi |
Qala qalıqları |
orta əsrlər |
Tarnaut kəndi |
Yaşayış yeri |
e.ə.V-II minilliklər |
Mərzili kəndi |
Nekropol |
orta əsrlər |
Kəngərli kəndi |
Nekropol |
Antik dövr |
Seyidli kəndi |
Yaşayış yeri |
Antik dövr |
Əlimədətli kəndi |
Yaşayış yeri |
Antik dövr |
Göytəpə kəndi |
Göytəpə yaşayış yeri |
tunc dövrü |
Göytəpə kəndi |
Göytəpə kurqanları |
tunc dövrü |
Göytəpə kəndi |
Yaşayış yeri |
Antik dövr |
Sarıhacılı kəndi |
Çinartəpə yaşayış yeri |
e.ə. II-I minilliklər |
Sarıhacılı kəndi |
Yaşayış yeri |
Antik dövr |
Əhmədavar kəndi |
Yaşayış yeri |
Antik dövr |
Poladlı kəndi |
Qasımtəpə yaşayış yeri |
ilk tunc dövrü |
Qiyaslı kəndi |
Çinartəpə yaşayış yeri |
tunc dövrü |
Şelli kəndi |
Xızmantəpə kurqanı |
ilk tunc dövrü |
Çuxurməhlə kəndi |
Hüseyntəpə kurqanları |
ilk tunc dövrü |
Çuxurməhlə kəndi |
Çuxurməhlə kurqanları |
ilk tunc dövrü |
Çuxurməhlə kəndi |
Qaratəpə yaşayış yeri |
son tunc-ilk dəmir dövrü |
Şıxbabalı kəndi |
Gülablı kurqanları |
son tunc-ilk dəmir dövrü |
Gülablı kəndi |
Maqsudlu kurqanları |
tunc dövrü |
Maqsudlu kəndi |
Töyrətəpə kurqanları |
tunc və dəmir dövrü |
Güllücə kəndi |
Karvansara təpə və Çapar |
ilk orta əsrlər |
Güllücə kəndi |
Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri
MEMARLIQ ABİDƏLƏRİ
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Pənah xanın imarəti |
XVIII əsr |
Ağdam şəhəri, 20 Yanvar küçəsi |
Pənah xanın türbəsi |
XIX əsr |
Ağdam şəhəri |
Xanoğlu türbəsi |
XVIII əsr |
Ağdam şəhəri |
Türbə |
XIX əsr |
Ağdam şəhəri |
Sərdabə |
|
Ağdam şəhəri, 20 Yanvar küçəsi |
Qalanın xarabalıqları |
|
Gülüstan kəndinin cənub-şərq tərəfində |
Qala qalıqları |
XII-XIII əsrlər |
Maqavuz kəndinin 8 kilometrliyində |
Hatəm Məlik qalası |
|
Qasapet kəndinin 5 kilometrliyində |
Körpü |
|
Madaqiz kəndi |
Yegiş Arakel məbədi |
XII əsr |
Madaqiz kəndi |
Ureq məbədi |
XII əsr |
Talış kəndinin qərbində |
Körpü |
|
Tərtər çayının üzərində |
Məbəd |
XIII əsr |
Tərtər çayının yuxarı axarında |
Məbəd |
XIII əsr |
Maqavuz kəndi |
Kilsə |
|
Cerabert kəndi |
Qala |
|
Cerabert kəndi |
Cermuq qalası |
|
Cerabert kəndi |
Türbə |
XVIII əsr |
Papravənd kəndi |
Türbə |
XVIII əsr |
Papravənd kəndi |
Məscid |
XVIII əsr |
Papravənd kəndi |
Məscid |
XVIII əsr |
Papravənd kəndi |
İqamətgah |
XVIII əsr |
Şahbulaq kəndi |
Karvansara |
XVIII əsr |
Şahbulaq kəndi |
Bürc |
XVIII əsr |
Şahbulaq kəndi |
Məbəd |
XV əsr |
Maqsudlu kəndi |
Türbə |
XVIII əsr |
Maqsudlu kəndi |
Məscid |
XVIII əsr |
Qiyaslı kəndi |
Məbəd |
XVI əsr |
Salahlı Kəngərli kəndi |
Məscid |
XIX-XX əsrlər |
Boyəhmədli kəndi |
Türbə |
XIV əsr |
Kəngərli kəndi |
Türbə |
XIX əsr |
Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbiristanlığında |
Türbə |
XIX əsr |
Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbiristanlığında |
Uğurlu bəyin türbəsi |
XIX əsr |
Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbiristanlığında |
Türbə |
XIX əsr |
Ağdam şəhərinin 5 kilometrliyində, |
Xanoğlu (Mehdiqulu xanın |
XIX əsr |
Ağdam şəhəri, 20 Yanvar küçəsi |
ARXEOLOJİ ABİDƏLƏR
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Gavurqala şəhərgahı |
orta əsrlər |
Sofulu kəndi |
Qəbiristanlıq |
orta əsrlər |
Papravənd kəndi |
Qədim qəbiristanlıq |
orta əsrlər |
Qızıllı Kəngərli kəndi |
BAĞ-PARK, MONUMENTAL VƏ XATİRƏ ABİDƏLƏRİ
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Xurşid Banu Natəvanın qəbirüstü abidəsi |
|
Ağdam şəhəri, “İmarət” qəbiristanlığında |
Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi |
1985 |
Ağdam şəhəri, 28 May küçəsi |