Tərtər rayonu - Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Sahəsi 957 km², əhalisi 80,1 min nəfərdir (01.01.2023). Mərkəzi Tərtər şəhəridir. Birinci və İkinci Qarabağ müharibələri dövründə Tərtər rayonunun yaşayış məntəqələrinə Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində xeyli zərər dəymişdir.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunun inzibati bölgüsünə daxil edilmişdir. Ağdərə rayonundan Tərtər rayonuna verilmiş 28 yaşayış məntəqəsindən Şıxarx qəsəbəsi, Həsənqaya, Qızıloba kəndləri Azərbaycanın nəzarətində idi. 2020-ci ilin oktyabrın 3-də Suqovuşan, Talış, oktyabrın 9-da Çaylı kəndi işğaldan azad edilmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq 1 şəhəri 21 kəndi isə Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. Ağdərə şəhəri, Ağabəyyalı, Aşağı Oratağ, Canyataq, Çardaqlı, Çıraqlı, Çiləbürt, Dəmirli, Dəstəgül, Göyarx, Gülyataq, Kiçik Qarabəy, Qasapet, Lüləsaz, Meqrelalay, Ortakənd, Seysulan, Təpəkənd, Ulu Qarabəy, Umudlu, Yarımca, Zəylik kəndləri 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycanın tam nəzarətinə keçmişdir.
Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında 27 dekabr 2023-cü il tarixli qanuna əsasən Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri, Ağabəyyalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağabəyyalı kəndi, Canyataq kənd inzibati ərazi dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndləri, Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Çaylı, Suqovuşan və Təpəkənd kəndləri, Həsənqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya, Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Aşağı Oratağ kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Oratağ, Qasapet və Dəmirli kəndləri, Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri Ağdərə rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.
Rayonda 24 tarix və mədəniyyət abidələri var. Onlardan 1 ədədi dünya, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi yerli əhəmiyyətli memarlıq, 1 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Tərtər rayonunun Borsunlu kəndində yerləşən tunc və ilk dəmir dövrünə aid olan Borsunlu kurqanları dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınmışdırHəmin abidələr Tərtər şəhərində, Buruc, Hacıqərvənd, Evoğlu, Hüsənli, Sarov, Borsunlu, Bəyim Sarov, Xoruzlu, Dəmirçilər kəndlərində yerləşir. Göstərilən ərazilərdə 3 məscid, 15 kurqan, 2 nekropol, 2 yaşayış yeri, 1 buzxana, 1 türbə mövcuddur. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Borsunlu kurqanları
Dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatında olan Borsunlu kurqanları Tərtər rayonunun Borsunlu kəndi ətrafında, İncəçayın orta axarlarına yaxın yerləşmiş arxeoloji abidədir. 1981-ci ildə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid olan Borsunlu kurqanı aşkarlanıb. İlk tunc dövrünə aid edilən bu abidələrdən birinin sahəsi 15 kvadratmetr sahədə gil daşlardan kvadrat şəklində hörülmüş üçmərtəbəli qəbirdir. Üst təbəqədə 1, ikinci mərtəbədə 8, üçüncü mərtəbədə isə 10 insan skeleti aşkar edilib. Həmin yerdə Çar kurqan adlandırılan və tayfa başçısının basdırıldığı ehtimal olunan qəbir aşkarlanıb. Qəbirin uzunluğu 32 metr, eni 8 metr, dərinliyi 4 metrdir. Qəbrin üstündə 200-dən çox indi nadir tapılan arqan ağacı döşənmişdir. Tabut əsasən qızıl və tuncla mismarlanmışdır ki, indiyə qədər qızıl mismar vurulmuş tabuta demək olar, rast gəlinməyib. Tabutda tayfa başçısının döyüş silahları, saxsı qablar və bəzək əşyaları da tapılıb. Qəbirin bir tərəfində qul və kənizlər dəfn edilib, başqa bir hissəsində isə atlar basdırılıb. Arxeoloji materiallar göstərir ki, Borsunlu ərazisində yaşamış insanlar üzümçülük və maldarlıqla məşğul olmuşlar.
Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı
ARXEOLOJİ ABİDƏLƏR
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Toxmaqtəpə yaşayış yeri |
orta və son tunc dövrü |
Tərtər şəhərinin pambıq-təmizləmə zavodundan 1,5km məsafədə |
Kurqan |
tunc və ilk dəmir dövrü |
Bəyimsarov kəndi |
Böyüktəpə kurqanı |
tunc dövrü |
Evoğlu kəndi |
Çaqqallıtəpə kurqanı |
tunc dövrü |
Evoğlu kəndi |
Qurd təpəsi kurqanı |
tunc dövrü |
Evoğlu kəndi |
Yaşayış yeri |
son tunc, ilk dəmir dövrü |
Azad Qaraqoyunlu kəndi |
Dəmirçilər nekropolu |
ilk və orta tunc dövrü |
Dəmirçilər kəndi |
Dəmirçilər kurqanları |
tunc və ilk dəmir dövrü |
Dəmirçilər kəndi |
Nekropol |
son tunc ilk dəmir dövrü |
Sarov kəndi |
Xoruzlu kurqanları |
tunc və ilk dəmir dövrü |
Xorzulu kəndi |
Yedditəpə kurqanları |
tunc və ilk dəmir dövrü |
Bürünc və Hacıqərvənd kəndlərinin arasında |
Hüseynli yaşayış yeri |
antik və ilk orta əsrlər |
Hüseynli kəndi |
Sayadtəpə kurqanı |
tunc dövrü |
Hüseynli kəndi |
Çaqqallıtəpə kurqanı |
tunc dövrü |
Hüseynli kəndindən şimalda, Kumanbul meşəsi içərisində |
Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı
MEMARLIQ ABİDƏLƏRİ
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Xəstəxananın binası |
XIX əsr |
Talış kəndi |
Məscid |
XIX əsr |
Talış kəndi |
Türbə |
XIX əsr |
Madagiz kəndinin yaxınlığında |
Məscid |
XIX əsr |
Madagiz kəndi |
Məscid |
XIX əsr |
Tonaşen kəndi |
Məscid |
XIX əsr |
Çiləburt kəndi |
Buzaxana |
XII-XIII əsrlər |
Çardaqlı kəndi |