Ağdərə rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağdərə şəhəridir. Sahəsi 1150 km2, əhalisi 12 min 100 nəfər qeydiyyatdadır (01.04.2024). SSRİ dövründə yaradılmış və Azərbaycan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil idi. Rayon 13 oktyabr 1992-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin 327 saylı qərarı ilə ləğv edilmişdi. 2023-cü ildə rayonun yenidən yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təklif edilmişdir. 5 dekabr 2023-cü ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur. Qanuna əsasən Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə rayonu adlandırılmış və respublika tabeli rayonların sırasına daxil edilmişdi.
1993-cü il iyulun 7-də ermənilər Xankəndidən 62 kilometr şimalda yerləşən, həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri - Ağdərə rayonu və onun kəndlərini işğal etmişdilər. İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb və işğal zamanı rayonun bütün əhalisi öz doğma yurdlarından məcburi köçkün düşərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdılar. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıdıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.
İnzibati Ərazi Bölgüsü Təsnifatına əsasən, hazırda işğaldan azad edilmiş Ağdərə rayonunda 1 şəhər, 1 qəsəbə və 57 kənd var. Rayona Ağdərə şəhəri, Şıxarx qəsəbəsi, Ağabəyyalı, Aşağı Oratağ, Dəmirli, Qasapet, Baş Güneypəyə, Canyataq, Gülyataq, Çardaqlı, Lüləsaz, Meqrelalay, Çaylı, Suqovuşan, Təpəkənd, Çərəktar, Çıldıran, Dəvədaşı, Mehmana, Dovşanlı, Bazarkənd, Hayad, Heyvalı, Yayıcı, Həsənqaya, Çiləbürt, Göyarx, Maralyansarov, Həsənriz, Xatınbəyli, İmarət Qərvənd, Çapar, Zardaxaç, Kiçik Qarabəy, Kolatağ, Damğalı, Qızılqaya, Yuxarı Oratağ, Qızıloba, Seysulan, Yarımca, Qozlu, Qozlukörpü, Məlikli, Qazançı, Narınclar, Orta Güneypəyə, Sırxavənd, Ballıqaya, Bəşirlər, Qaraşlar, Talış, Ulu Qarabəy, Umudlu, Zəylik, Vəngli, Çormanlı, Şahmansurlu, Yeni Qaralar kəndləri daxildir.
Müqəddəs Yelisey məbəd kompleksi
Müqəddəs Yelisey məbəd kompleksi Murovdağın ətəyində, Ağdərə rayonunun Suqovuşan və Təpəkənd kəndləri arasında yerləşən tarix-memarlıq kompleksidir. Kompleksə daxil olan ilk tikililərin inşası Qafqaz Albaniyasının Arşakilər sülaləsindən olan hökmdarı III Mömin Vaçaqanın adı ilə bağlıdır. Monastır kompleksi mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşir. Monastırın yerləşdiyi təpənin ətrafı sıldırım qayalar və sıx meşəliklə əhatə olunmuşdur ki, bu da abidəyə yaxınlaşmanı mürəkkəbləşdirir. Təpənin kompleks yerləşən cənub tərəfi vertikal qayalıq şəklində formalaşıb, digər üç tərəfdən isə təpə möhkəm qala divarları ilə əhatə olunub. Kompleksə kafedral kilsə, yeddi sovməə, qədim məzarlıq və digər dağılmış tikililər daxildir.
Böyük Aran/Müqəddəs Yaqub Monastırı
Böyük Aran monastırı Xaçınçayın sağ sahilində Kolatağ kəndinin şimalındakı meşə ərazisində yerləşir. Tarixi ədəbiyyatda abidə yerləşdiyi əyalətin adına uyğun olaraq Böyük Aran monastırı adlandırılır. Orta əsr mənbələrində bu ərazi Aşağı Xaçın kimi də tanınırdı. Monastırın ən qədim kitabəsi 853-cü ilə aiddir. Bu kitabə xaçdaş özülü üzərində yazılmış, daha sonra isə həmin daşdan divar hörgüsü zamanı təkrar istifadə edilmişdir. Böyük Aran monastır kompleksi qala divarları ilə əhatə olunmuş iki kilsə, iki narteks və yaşayış binaları kimi köməkçi tikililərdən ibarətdir. Bütün binalar bir-birinə bitişikdir və əsasən bir-birinə keçidlərə malikdir. Daş qala divarları daxilində perqament əlyazmaların saxlandığı skriptorium, kaminli daş otaqlar, eyvanlı hücrələr, trapez formalı mətbəx binası, küncüt yağının əldə edilməsi üçün bina, çoxsaylı anbar binaları, su saxlancı və gözətçi məntəqələri yerləşir. Kompleksə daxil olan binaların inşası zamanı istifadə edilmiş xaçdaşlar, məzar daşları, karnizlər, arkalar, altarın yüksəlmə yerləri, qapı, pəncərə və buxarı çərçivələri orta əsrlər sənətkarlarının ustalığını nümayiş etdirir. Monastırın qərbdə yerləşən birinci kilsəsi Müqəddəs Yaqub kilsəsi olaraq bilinir. Tarixi mənbələrin verdiyi məlumata görə Müqəddəs Yaqub kilsəsi Qafqaz Albaniyasının müqəddəs ziyarətgahlarından biri olmuşdur. Bütün bu binalar bizim dövrümüzə yarımdağılmış vəziyyətdə çatmışdır. 1836-cı ildə Qriqoryan kilsəsinin təkidi nəticəsində Rusiya imperiyasında Sinodun qərarı ilə Alban kilsəsi ləğv edilərək erməni kilsəsinin ixtiyarına verildi. Alban kilsəsinin fəaliyyətinin dayandırılmasından sonra bu kilsələrin hamısı dağıdılmağa və eməniləşdirilməyə məruz qaldı.
Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı
MEMARLIQ ABİDƏLƏRİ
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Xanabert qalası |
|
Vəngli kəndi |
Müqəddəs Yaqub kilsəsi |
635-ci il |
Kolatağ kəndi |
Alban məbədi |
614-cü il |
Kolatağ kəndi |
Qala |
|
Çapar kəndi |
Alban məbədi |
XII əsr |
Çıldıran kəndi |
Qırmızı məbəd |
XIII əsr |
Çıldıran kəndi |
Alban məbədi |
X əsr |
Çormanlı kəndi |
Alban məbədi |
672-ci il |
Yayıçı kəndi |
Məbəd |
1283-cü il |
Həsənriz kəndi |
Alban məbədi |
500-cü il |
Həsənriz kəndi |
ARXEOLOJİ ABİDƏLƏR
Abidənin adı
Tarixi
Yerləşdiyi ünvan
Dovşanlı nekropolu
son tunc—ilk dəmir dövrü
Dovşanlı kəndi
Balıqaya nekropolu
son tunc—ilk dəmir dövrü
Sırxavənd kəndinin şərqində
Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı
MEMARLIQ ABİDƏLƏRİ
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Qala qalıqları |
XII əsr |
Çardaqlı kəndinin 8 kilometrliyində |
Hatəm Məlik Qalası |
|
Qasapet kəndinin 5 kilometrliyində |
Ürəkvənd monastırı |
V-XIII əsrlər |
Talış kəndinin qərbində |
Kilsə |
|
Çiləbürt kəndi |
Qala |
|
Çiləbürt kəndi |
Cermud qalası |
|
Çiləbürt kəndi |
Qala |
1284-cü il |
Vəngli kəndi |
Məbəd |
XIII əsr |
Vəngli kəndi |
Məbəd |
|
Çapar kəndi |
Məbəd |
|
Ballıqaya kəndi |
Məbəd |
1251-ci il |
Bazarkənd kəndi |
Kilsə |
1668-ci il |
Dovşanlı kəndi |
Kilsə |
|
Dəvədaşı kəndi |
Qırmızı məbəd |
XVII əsr |
Qozlu kəndi |
Alban məbədi |
718-ci il |
Qasapet kəndi |
Kilsə |
1894-cü il |
Qasapet kəndi |
Cerabert qalası |
|
Qasapet kəndi |
Kilsə |
1883-cü il |
Kiçik Qarabəy kəndi |

