Füzuli rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1390 km2, əhalisi 130,0 min nəfər (1 yanvar, 2023-cü il). Mərkəzi Füzuli şəhəridir. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 27 sentyabr-7 noyabr 2020-ci il tarixlərində Füzuli şəhəri və rayonun 53 kəndi Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Rayona Füzuli şəhəri, Horadiz şəhəri, 16 yeni salınmış qəsəbə (Qayıdış-1, Qayıdış-2, Qayıdış-3, Qayıdış-4, Qayıdış-5, Qayıdış-6, Qayıdış-7, Qayıdış-8, Qayıdış-9, Qayıdış-10, Qayıdış-11, Zobucuq-1, Zobucuq-2, Zobucuq-3, Zobucuq-4, Zobucuq-5) və Əhmədbəyli, Bala Bəhmənli, Araz-Zərgar, Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Böyük Bəhmənli, Kərimbəyli, Arayatılı, Babı, Mollaməhərrəmli, Horadiz, Aşağı Seyidəhmədli, Şükürbəyli, Yuxarı Seyidəhmədli, Qorqan, Şəkərcik, Şıxlı, Gecəgözlü, Üçüncü Mahmudlu, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Saracıq, Yuxarı Rəfədinli, Gorazıllı, Qaradağlı, Yuxarı Güzlək, Xatınbulaq, Qacar, Divanalılar, Qaraxanbəyli, Merdinli, Qoçəhmədli, Arış, Mollavəli, Dədəli, İşıqlı, Qarğabazar, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Qaraməmmədli, Dilağarda, Qobu Dilağarda, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Əbdürrəhmanlı, Dördçinar, Seyidmahmudlu, Ələsgərli, Hüseynbəyli, Pirəhmədli, Musabəyli, Mandılı, Aşağı Güzlək, Aşağı Rəfədinli, Üçbulaq, Cuvarlı, Xələfşə, Çimən, Yuxarı Aybasanlı, Dövlətyarlı, Aşağı Yağlıvənd, Qarakollu, Govşadlı, Hacılı, Mirzəcamallı, Zərgar, Qızılqışlaq, Ağbaşlı, Murtuzalılar, Hüngütlü, Sərdərli, Şıxımlı, Gövşatlı kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 54 uşaq bağçası, 10 musiqi məktəbi, 27 klub, 2 muzey, 90 kitabxana, 13 xəstəxana, 17 həkim məntəqəsi, 48 feldşer-mama məntəqəsi fəaliyyət göstərib. Rayonda çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, o cümlədən qədim yaşayış məskənləri və kurqanlar (Yeni Daş dövrü, Tunc dövrü), türbələr (XIII-XVIII əsrlər), məscidlər (XVII-XIX əsrlər), karvansara (1684-cü il) və s. mövcud olmuşdur.
Hacı Ələkbər məscidi
Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılmışdır. Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir. Bu dini ocaq Hacı Ələkbər məscidi adlandırılmışdır. Hacı Ələkbər xeyriyyəçi olub. O, bu məscidin inşası üçün vəsait ayırıb və Şuşadan ustalar dəvət edib. Xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq yerli camaat Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən birincisinin qənşərində dəfn etmişdir.
1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən işğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşmüşdür.
Qarğabazar karvansarası
Karvansara 1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin döşündə inşa olunmuşdur. Karvansara tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Onun memarı məlum deyil.
Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır. Girişin sağ və sol tərəflərində gözətçi otaqları qarşısında iki böyük sal daş vardır. Görünür, gözətçilər həmin daşların üstündə dayanıb karvansaraya daxil olan karvanların yüklərinə baxırmışlar. Karvansara ölkənin daşınmaz tarixi abidələrindən hesab edilir.
Qarğabazar kəndinin işğalından sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişdilər. Füzuli rayonu işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 8-də Qarğabazar kəndinin təməlini qoyub.
Qarğabazar kəndində məscid
Qarabağın zaman etibarı ilə qədim məscidlərindən biri də Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapıb. Çünki məscidin qapı çatı üzərindəki kitabədə yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-1684-cü ilə uyğundur. Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materiallardan tikilmiş bir zaldan ibarət olmuşdur. Dam örtüyü tağtavan şəklindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmayıb. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilib. Onunla eyni dövrdə tikilən karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir.
1993-cü ildə Füzuli rayonunun işğalı zamanı Hacı Qiyasəddin məscidi də erməni vandalları tərəfindən dağıdılmışdı. Füzuli rayonu işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 8-də Qarğabazar kəndinin təməlini qoyub.
Mir Əli türbəsi
Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvari türbə xalq arasında Mir Əli türbəsi adı ilə tanınır. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir.
Üzərində kitabə və ornament olmasa da inşaat texnikası və həcm-məkan quruluşuna görə, onun Elxanilər dövründə - XIII əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi ehtimal olunur.
Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri
MEMARLIQ ABİDƏLƏRİ
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Karvansara |
XVII əsr |
Qarğabazar kəndi |
Mir Əli türbəsi |
XIV əsr |
Aşağı Veysəlli kəndi |
ARXEOLOJİ ABİDƏLƏR
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Qarabulaq kurqan çölü |
tunc dövrü |
Füzuli şəhərindən şimal-qərbdə |
Günəştəpə yaşayış yeri |
e.ə. II-I minilliklər |
Köndələnçayın sağ sahilində |
Qaraköpəktəpə yaşayış yeri |
e.ə.IV əsr e.-I əsr və orta əsrlər |
Köndələnçayın sağ sahilində |
Zərgərtəpə yaşayış yeri |
tunc dövrü |
Zərgər kəndi |
Şəkərçik yaşayış yeri |
tunc dövrü |
Şəkərçik kəndi |
Balalartəpə yaşayış yeri |
ilk tunc dövrü |
Qaraxanbəyli kəndinin cənub-şərqində |
Uzuntəpə yaşayış yeri |
ilk tunc dövrü |
Quruçay və Köndələnçay arasında |
Meynətəpə yaşayış yeri |
ilk tunc dövrü |
Quruçay və Köndələnçay arasında |
Xantəpə yaşayış yeri |
ilk tunc dövrü |
Quruçay və Köndələnçay arasında |
Dədəli kəhrizi |
XIX əsr |
Dədəli kəndi |
Hacı Bayram kəhrizi |
XIX əsr |
Qoçəhmədli kəndi |
Qalpirəhmədli kəhrizi |
XIX əsr |
Qoçəhmədli kəndi |
Kəhriz |
XIX əsr |
Saracın kəndi |
Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri
MEMARLIQ ABİDƏLƏRİ
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
İnzibati bina |
|
Füzuli şəhəri |
Müəllimlər evi |
XIX əsr |
Füzuli şəhəri |
İcra Hakimiyyətinin binası |
XIX əsr |
Füzuli şəhəri |
Hamam |
XIX əsr |
Füzuli şəhəri |
Bulaq |
XIX əsr |
Qarğabazar kəndi |
Məscid |
XIX əsr |
Qorqan kəndi |
Bulaq |
XIX əsr |
İşıqlı kəndi |
Bulaq |
XIX əsr |
Xələfşə kəndi |
Hacı Ələkbər məscidi |
XVII-XIX əsrlər |
Füzuli şəhəri |
Dəyirman |
XIX əsr |
Füzuli şəhəri |
Körpü |
XIX əsr |
Füzuli şəhəri |
Məscid |
XVII əsr |
Qarğabazar kəndi |
Türbə |
XVIII əsr |
Qarğabazar kəndi |
Məscid |
XIX əsr |
Dədəli kəndi |
Körpü |
XVIII əsr |
Gorəzıllı kəndi |
Məscid |
XIX əsr |
Qacar kəndi |
Məscid |
XIX əsr |
Mərdinli kəndi |
Körpü |
XIX əsr |
İşıqlı kəndi |
Körpü |
XIX əsr |
Şıxlı kəndi |
Məscid |
1889-cu il |
Horadiz qəsəbəsi |
Məscid |
XX əsr |
Horadiz qəsəbəsi |
İmamzadə |
XIX əsr |
Horadiz qəsəbəsi |
Məscid |
XIX əsr |
Gecəgözlü kəndi |
Məscid |
XIX əsr |
Yuxarı Veysəlli kəndi |
Türbə |
XIX əsr |
Seyidəhmədli kəndi |
Məscid |
XIX əsr |
Aşağı Dilağarda kəndi |
Məscid |
XVIII əsr |
Qoçəhmədli kəndi |
Körpü |
XIX əsr |
Qoçəhmədli kəndi |
Arış körpüsü |
XIX əsr |
Qoçəhmədli kəndi |
Sərdərli məscidi |
XIX əsr |
Qoçəhmədli kəndi |
Körpü |
XVII əsr |
Qoçəhmədli kəndi |
Məscid |
XIX əsr |
Qoçəhmədli kəndi |
Alı körpüsü |
XIX əsr |
Saracıq kəndi |
Körpü |
XIX əsr |
Saracıq kəndi |
Kərəm körpüsü |
XIX əsr |
Saracıq kəndi |
Məscid |
XVIII əsr |
Qaradağlı kəndi |
Türbə |
XIX əsr |
Zuzarı Divanallar kəndi |
Məscid |
XIX əsr |
Qaraxanbəyli kəndi |
BAĞ-PARK, MONUMENTAL VƏ XATİRƏ ABİDƏLƏRİ
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Məhəmməd Füzulinin heykəli |
1970 |
Füzuli şəhəri |
Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi |
|
Füzuli şəhəri, Mərkəzi park |