Xocavənd rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın Qarabağ silsiləsinin cənub-şərq hissəsində yerləşir. Sahəsi 1460 km2, əhalisi 44,1 min nəfər (1 yanvar, 2023-cü il). İnzibati mərkəzi Xocavənd şəhəridir.
Rayona Xocavənd şəhəri, Hadrut, Qırmızı Bazar qəsəbələri və Əmiranlar, Heşan, Axullu, Dolanlar, Binə, Qaradağlı, Böyük Tağlar, Salakətin, Kuropatkino, Arpadüzü, Muğanlı, Cəmiyyət, Ağkənd, Xanoba, Xocavənd, Kiş, Tağaser, Qırmızıqaya, Edişə, Vəng, Dağdöşü, Qaçbəyli, Şəhər, Şıx Dursun, Mavas, Azıx, Zoğalbulaq, Aragül, Daşbaşı, Mülküdərə, Cilən, Bünyadlı, Gavahın, Ağbulaq, Binədərəsi, Sor, Qarqar, Zavadıx, Xərxan, Bulutan, Xırmancıq, Məlikcanlı, Güneyxırman, Güneyçartar, Quzeyxırman, Quzeycartar, Qağartsi, Qarıtəpə, Dərəkənd, Şahyeri, Qarakənd, Yemişcan, Günəşli, Quşcular, Kəndxurd, Müskapat, Quzumkənd, Qarəzəmi, Tuğ, Susanlıq, Ataqut, Ağdam, Köhnə Tağlar, Ağcakənd, Mirikənd, Avdur, Çaylaqqala, Arpagədik, Petrosaşen, Çıraquz, Məmməddərə, Tsakuri, Yenikənd, Çörəkli, Edilli, Düdükçü, Ağbulaq, Sos, Cütcü, Tağavard, Çağadüz, Zərdanaşen, Xətai kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 20 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar uşaq müəssisəsi, 20 klub, 19 kitabxana, 4 xəstəxana, 7 başqa tibb müəssisəsi fəaliyyət göstərmişdir.
İşğaldan əvvəl rayonda tarixi-arxeoloji və memarlıq abidələri, о cümlədən qədim Azıx mağarası (təqr. 1,2 min. il əvvəl), qalalar (l-VIII əsrlər), alban məbədi (X əsr), türbə (XIII əsr) və s. mövcud olub. Rayonun ərazisi 2 oktyabr 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 27 sentyabr-9 noyabr 2020-ci il tarixində Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi işğaldan azad edilmişdir. 19 sentyabr 2023-cü ildə həyata keçirilən anti-terror əməliyyatlarından sonra 26 sentyabr 2023-cü ildən şəhərə Azərbaycan silahlı qüvvələri nəzarət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Amaras monastır kompleksi
Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində Cütcü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə IV əsrdə Amarasda ilk xristian məbədi tikilmiş və burada Alban yepiskoplarından biri dəfn edildiyindən ziyarətgaha çevrilmişdir. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altarı altındakı sərdabədə qalmışdır. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar etmişdir. Amaras monastır kompleksi IX əsrdə tikilmiş və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilmişdir. Bu kompleks indiki görkəmini XIX əsrdə almışdır.
Amaras monastırı düzbucaq planlı olub küncləri dairəvi bürclərlə möhkəmləndirilmişdir. Onun həyətini dövrələyən qala divarları boyunca hücrələr, yaşayış və təsərrüfat otaqları tikilmişdir. Monastırın təsərrüfat hissəsi əlavə otaq sırası ilə kilsə həyətindən ayrılmışdır. Monastırın qala divarlarına əlavə möhkəmlik verən bu otaq və yerləşgələr qaba daşlardan, arxivoltları isə yaxşı yonulmuş daşlardan tikilmişdir. Monastırın həyətinə giriş qapısı cənub divarın qərb qurtaracağındadır.
Kompleksin baş tikilisi olan kilsə həyətin ortasında ucalır. Kilsənin giriş qapısı qərb tərəfdədir.
Amaras kilsəsinin ikienişli dam örtüyünün qərb ucunda altı sütunlu zəng rotondası qoyulmuşdur.
Kilsənin bütün fasadları yaxşı yonulmuş daş lövhələrlə üzlənmişdir. Sadə və aydın memarlıq obrazı olan Amaras monastır kompleksi Qafqaz Albaniyasının — Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılır.
Azıx mağarası
Azıx - Azərbaycan ərazisində ən böyük karst mənşəli mağaradır. Xocavənd rayonunda 900 m hündürlükdə yerləşir. Burada bir-birilə əlaqəli olan 6 otaq vardır. Paleolit dövrünə aid olan bu nadir obyektin öyrənilməsinə Azərbaycan alimləri 1960-cı ildən başlamışlar. 1968-ci ildə burada ibtidai insanın alt çənə sümüyü aşkar edilmişdir. Həmin tapıntının 350 min il (Aşel dövru) tarixi vardır. Dünyada bu, üçüncü belə tapıntıdır. Qazıntılar zamanı aşkar edilmiş on mədəni qat ibtidai insanın Azıx mağarasında uzun müddət ərzində yaşadığını təsdiqləyir. Burada yaşayan ibtidai insanlar yığıcılıqla, ovçuluqla və balıqçılıqla məşğul olmuşlar. Qazıntılar zamanı tapılmış ocaqlarda böyük miqdarda kül və kömür tapılmışdır. Azıx mağarası əyani şəkildə insanın Azərbaycanda 1 milyon il öncə yaşadığını təsdiqləyir.
Ermənilərin işğal dövründə “Azox” adlandırdıqları bu mağarada Ermənistan Elmlər Akademiyasında çalışan arxeoloqlar “tədqiqat” aparır, “ən qədim erməninin” burada yaşadığını “sübut etməyə” çalışmışlar.
Tağlar mağara düşərgəsi
Tağlar mağara düşərgəsi Xocavənd rayonu ərazisində Mustye mədəniyyətinə aid ən möhtəşəm mağara-düşərgədir, özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə mühüm yer tutur. Mağara Quruçayın sol sahilindədir. 1963-cü ildən Tağlar Mustye düşərgəsində Paleolit arxeoloji ekspedisiyası arxeoloji qazıntı işləri aparmışdır. Qazıntı nəticəsində 7000-dən çox daş alət, 2000-dən çox heyvan sümüyü tapılmışdır. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. Bütün Qafqaz və Yaxın Şərq abidələri içərisində Tağlar yeganə abidədir ki, burada yaşayış daimi olub.
Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri
MEMARLIQ ABİDƏLƏRİ
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Alban məbədi |
1170-ci il |
Hadrut qəsəbəsi |
Alban məbədi |
1147-ci il |
Məmmədzar kəndi |
Alban məbədi |
1197-ci il |
Tuğ kəndi |
Qırmızı məbəd |
1000-ci il |
Tuğ kəndi |
Alban məbədi |
1094-cü il |
Zoğalbulaq kəndi |
Alban məbədi |
900-cü il |
Tuğ kəndi, Vəng ərazisi |
Alban məbədi |
1131-ci il |
Sakuri kəndi |
Alban məbədi |
IV-VI əsrlər |
Süsənlik kəndi |
Alban məbədi |
IV-VI əsrlər |
Süsənlik kəndi |
Qala |
|
Çaylaqqala kəndi |
Məbəd |
1635-ci il |
Tağaser kəndi |
Dini kompleks |
XIII əsr |
Sor kəndi |
Qala |
|
Sor kəndi |
Məbəd |
1241-ci il |
Böyük Tağlar kəndi |
Alban məbədi |
1236-cı il |
Güneyçartar kəndi |
Alban məbədi |
995-ci il |
Qavahın kəndi |
Alban məbədi |
IV əsr |
Maçqalaşen kəndi |
Alban məbədi |
701-ci il |
Çörəkli kəndi |
Alban məbədi |
VIII əsr |
Çörəkli kəndi |
Alban məbədi |
V əsr |
Çörəkli kəndi |
Kilsə |
1270-ci il |
Çörəkli kəndi |
Kilsə |
XII əsr |
Çörəkli kəndi |
Amaras monastırı |
IV əsr |
Cütçü kəndi |
Məbəd |
XII əsr |
Şıx Dursun kəndi |
Alban məbədi |
675-ci il |
Tağaverd kəndi |
Qala |
III əsr |
Tağaverd kəndi |
Bağır xan məbədi |
XII əsr |
Cəmiyyət kəndi |
ARXEOLOJİ ABİDƏLƏR
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Nərgiztəpə yaşayış yeri |
ilk və orta tunc dövrü |
Xocavənd şəhərindən şərqdə |
Nekropol |
son tunc və ilk dəmir dövrü |
Dolanlar kəndi |
Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri
MEMARLIQ ABİDƏLƏRİ
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Məbəd |
XIV əsr |
Dolanlar kəndi |
Məbəd |
|
Ataqud kəndi |
Türbə |
XVII əsr |
Xocavənd qəsəbəsi |
Kilsə (məbəd) |
XVII əsr |
Tağaverd kəndi |
Məbəd |
XVIII əsr |
Hadrut qəsəbəsi |
Məbəd |
XIII əsr |
Tuğ kəndi |
Məbəd |
1747-ci il |
Tuğ kəndi |
Körpü |
XVIII əsr |
Tuğ kəndinin yaxınlığında |
Ağ kilsə |
XVII əsr |
Vəng kəndi |
Məbəd |
1664-cü il |
Qarqar kəndi |
Məbəd |
XVII əsr |
Sakuri kəndi |
Məbəd |
XVII əsr |
Sur kəndi |
Qala |
|
Çanaxçı kəndi |
Məbəd |
|
Xsaberd kəndi |
Məbəd |
|
Tağaser kəndi |
Kilsə |
XVII əsr |
Arakül kəndi |
Məbəd |
XVIII əsr |
Domı kəndi |
Məbəd |
XIX əsr |
Şaqah kəndi |
Məbəd |
1896-cı il |
Noraşen kəndi |
Məbəd |
|
Banazur kəndi |
Məbəd |
XIX əsr |
Kemrakuç kəndi |
Məbəd |
XIX əsr |
Qoçbəy kəndi |
Məbəd |
|
Çıraquz kəndi |
Məbəd |
|
Xırmançıq kəndi |
Məbəd |
|
Anaku kəndi |
Məbəd |
1698-ci il |
Ağcakənd kəndi |
Məbəd |
XVII əsr |
Zamzur kəndi |
Məbəd |
|
Məlikcanlı kəndi |
Məbəd |
|
Bulutan kəndi |
Məbəd |
|
Edilli kəndi |
Məbəd |
|
Düdükçü kəndi |
Məbəd |
|
Ağbulaq kəndi |
Məbəd |
|
Tək kəndi |
Məbəd |
XVII əsr |
Azıx kəndi |
Məbəd |
XIX əsr |
Bünyadlı kəndi |
Məbəd |
|
Daşbaşı kəndi |
Məbəd |
XIII əsr |
Dolanlar kəndi |
Türbənin sərdabə hissəsi |
XII-XIII əsr |
Dolanlar kəndi |
Albanbendi kilsəsi |
XVII əsr |
Qarakənd kəndi |
Türbə |
|
Hatek kəndi |
BAĞ-PARK, MONUMENTAL VƏ XATİRƏ ABİDƏLƏRİ
Abidənin adı |
Tarixi |
Yerləşdiyi ünvan |
Böyük Vətən müharibəsində |
|
Xocavənd qəsəbəsi |